F-1.az xatırladır ki, britaniyalı sürücü Montsadakı sprint yarışına 2-ci yerdən başlasa da, startda 5-ci yerə qədər geriləyib və 18 dövrə ərzində heç kəsə hücum edə bilməyib. Yeddiqat Dünya Çempionu bugünkü yarışa Bottasın cəza alması ilə 4-cü yerdən start verəcək.
Lyuis Həmilton: “McLaren komandasının sürücüləri düzlüklərdə çox sürətlidirlər və onları düzlükdə keçmək üçün yaxınlaşa bilmirdik. Məndən də sürətli idilər.
Startda ilişmə muftasını 2 millimetr çox itələdim və buna görə görə də maşın yerindən götürülə bilmədi. Maşın yerində sürüşdü.
Yarışı qazanma şansımız azdır, amma mümkünsüz deyil. Bunu bacarmaq üçün əlimizdə gələni edəcəyik. Hazırda əsas məqsədimiz zərəri minimuma endirməkdir. İki McLaren-i dərhal keçə bilməsək, Maks üçün asan yarış olacaq”,