L.Həmilton: “Nikonun qərarına təəccüblənmədim”

Niko Rosberqlə uşaqlıqdan tanış və dost olan, hətta kartinq illərində də eyni komandada yarışan, son 3 ildə də çempionluq uğrunda mübarizə aparan Lyuis Həmilton Nikonun qərarına təəccüblənməyib.

F-1.az xəbər vermişdi ki, Niko Rosberq Vyanada mətbuat konfransında gözlənilmədən Formula1 karyerasını bitirdiyini deyib. Lyuis isə bu qərarın onun üçün sürpriz olmadığını bildirib.

Lyuis Həmilton: “Onun üçün hər şeyin ən yaxşısını arzulayıram. Formula1 onun üçün darıxacaq. Əlbəttə, bir çoxları üçün sürpriz qərar oldu, lakin onu uzun müddətdir ki, tanıyan biri kimi mənim üçün yox. Bəlkə də, belə düşünən yeganə insanam. Qalib gəldi və idmanı tərk etmək istədi. Vaxt ayırmalı olduğu ailəsi var. Yenə uşaqlarının dünyaya gəlməsini istəyir və Formula1 çox vaxt alır. Onunla rəqabət üçün darıxacağammı? Əlbəttə! Onunla həmişə çempionluq barədə danışırdıq. Bu komandaya qoşulduğumda da vəziyyət eyni idi. Gələn il komandada olmayacağını bilmək məyusedici və qəribədir.

Bu qərar məni narahat etmədi. Təbii ki, onu keçərək yerimi qaytarmaq üçün yarışa bilməmək pisdir. Amma bu, Nikonun qərarıdır. Zirvədə getmək qərarına hörmət edirəm. Mən vəziyyətə fərqli baxıram. Son illərdə iki dəfə çempion oldum. İstedadımın olmasına inanıram və əlimdən gələni edirəm. Əgər qalib gəlsəm, yenə də qalib gəlmək istəyirəm. Yarışmağı və fərqli rəqiblərlə mübarizə aparmağı sevirəm. Son dörd yarışda qalib gəldim və mənim üçün yaxşı il oldu.

Mercedes-ə çox şey borcluyam, əldə etdiklərimin əksəriyyəti onların yaratdığı imkanlarla olub. Bu markanın, komandanın bir parçası olduğum üçün çox xoşbəxtəm. Davam etmək istəyirəm. Amma kim bilir, bəlkə mənim də getmək vaxtım yetişir…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*