F-1.az xatırladır ki, “gümüşü oxlar” İmolada qızıl dubl edərək, Mühəndislər Kubokunda ardıcıl 7-ci dəfə çempionluğu təmin ediblər.
Lyuis Həmilton: “İnanılmaz yarış idi. Startım pis oldu və amma indi sevinirəm, çünki komandamız bizi önə çıxarmaq üçün əlindən gələni edir. Onlara təşəkkür edirəm. .
Ardıcıl yeddinci dəfə çempion olmaq inanılmazdır. Düzdür, performansımız güclüdür, amma hər həftəsonu bu uğuru təkrarlamaq asan deyil. Komanda maşını hissələrə ayırıb, birləşdirəndə də çox diqqətlidir. Ardıcıl 7 çempionluq barədə nəvələrimə danışacam”.