F-1.az xatırladır ki, “gümüşü oxlar” vətənlərindəki hər üç sərbəst yürüşlərdə də Ferraridən geridə qalmışdı. Lakin sıralanma turunda hər iki Ferrari-nin problem yaşaması Mercedes-in köməyinə çatıb.
Lyuis Həmilton: “Bunu necə etdiyimizi bilmirəm. Ev yarışımız olduğu üçün vacib idi. Bundan başqa avtoidmandakı 125-ci ildönümümüz olduğu üçün inanılmaz idi. Ferrari bu həftəsonu güclü idi. Bizim də yeniliklərimiz var idi. Ferrari isə fərqli səviyyədə idi. Bu tras illər keçdikcə sürətlənir. İlk döngəni və 12-ci döngəni əyləcsiz dönə bilirik. Poul dövrəm isə çox çətin idi”.