L.Həmilton: “Nə baş verdiyini deyə bilmərəm”

Mercedes AMG-nin britaniyalı sürücüsü Lyuis Həmilton sıralanma turunda yaşadığı problemdən sonra bildirib ki, Formula1 çempionu olmaq üçün əlindən gələni edəcək...

F-1.az xatırladır ki, Lyuis Həmilton sıralanma turunun üçüncü seansında MGU-H problemi yaşayıb və trasa çıxa bilməyib. Beləliklə, britaniyalı 10-cu yerlə barışmalı olub.

Əgər komanda Həmiltonun mühərriyini dəyişdirsə, ingiltərəli cəza alacaq və yarışa sondan başlamalı olacaq.

İngiltərəli sürücü sıralanma turundan sonra bildirib ki, Çində yaşadığı problemin eynisi burada da təkrarlanıb: “Bu mövsüm istifadə etdiyimiz ikinci güc qurğusu idi və Çində də bu mühərrikdən istifadə edirdik.

Çindəki problemin eynisi oldu. Mühərriyin gücü itdi”.

Qeyd edək ki, Həmilton Çində yarışa sonuncu yerdən başlasa da, 7-ci yeri tutmuşdu. İngiltərəli sürücü hazırda çempionatın lideri Niko Rosberqdən 36 xal geridə qalır.

Lyuis Həmilton: “Sabah startdan sonra zərəri minimuma endirməyə çalışacayıq.

Bu promlem barədə heç nə deyə bilmərəm. Təkcə onu deyə bilərəm ki, təslim olmayacam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*