F-1.az xatırladır ki, britaniyalı sürücü testlərin yekununda ən sürətli olan Rəykkönenə 0.6 saniyə uduzmuşdu.
Lyuis Həmilton: “Daha çox potensialımız varmı? Bunu zamanla görə bilərik. Hazırda bolidi başa düşməyə çalışırıq. Ümumilikdə qüsursuz günümüz olmayıb, amma boliddən mümkün olan ən yüksək performansı almaq üçün hər şey etdik.
Yenə də inanıram ki, daha çox potensialımız var. Amma bu nə qədər olar, bilmirəm. Testlərdə daha sürətli ola bilərdik və buna görə də özümü rahat hiss etmirəm, amma bunlar xırda nüanslarla üzə çıxır. Məsələn, yanacaq kütləsinin miqdarı.
Sözün açığı, lazımi məlumatları topladığımızı düşünürəm. Düşünsək ki, bəzi günlərdə heç nə öyrənməmişik, bu yaxşı xəbərdir. Yeni mövsümə güclü başlamaq barədə narahat deyilik. Ümid edirəm ki, rəqiblərimizin önündə ola bilərik”.