L.Həmilton müqavilə yeniləməyə tələsmir?

İddialara görə, birtaniyalı sürücü gələcək karyerası ilə bağlı qərarı Mercedes W14-ün performansını gördükdən sonra vermək istəyir.

F-1.az xatırladır ki, Həmiltonun Mercedes-lə hazırkı müqaviləsi bu ilin sonunda başa çatır, lakin Toto Volff bu yaxınlarda qış fasiləsində müqavilənin uzadılması məsələsinin tamamlanacağını bildirib.

Bu ayın əvvəlində Sportune nəşri Hamiltonun yeni müqavilədə maaşının əhəmiyyətli dərəcədə artırılmasını tələb etdiyini bildirsə də, Mercedes bu xəbərləri təkzib edib. Həmçinin iddia edilirdi ki, yeni müqavilədə dünya çempionluğu üçün bonus nəzərdə tutulmayacaq.

Bu məsələ ətrafında söz-söhbətlər səngimir, indi də Lyuisin keçənilki komanda üçün zəif mövsümdən sonra maşının necə olacağına baxaraq qərar vermək istədiyi danışılır…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*