L.Həmilton mükafatlandırma mərasiminə gəlməyib

F-1.az xəbər verir ki, yeddiqat dünya çempionu Lyuis Həmilton Bolonyada ötən mövsümə aid mükafatların təqdim olunduğu FİA Qala mərasimində iştirak etməyib.

Britaniyalı sürücünün Silverstounda keçirilən yarışında Şarl Lekler və Serxio Peresi eyni anda ötməsi “İlin hərəkəti” mükafatına namizəd olub və qalib gəlib. Mərasimdə Həmilton iştirak etməsə də, mükafatın ona getməsi böyük alqışlara səbəb olub.

Xatırladaq ki, Lyuis ilk dəfə bir mövsümü qələbəsiz başa vurub və sürücülər çempionatında yalnız altıncı ola bilib. O, qalmaqalla bitən 2021-ci ilin mükafatlandırma mərasiminə də qoşulmamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*