L.Həmilton mübarizəyə qayıdacaq

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, son yarışlardakı uğursuzluqlara baxmayaraq, çempionluq uğrunda mübarizəyə qayıda bilərlər.

F-1.az xatırladır ki, britaniyalı sürücü son 4 yarışın 3-də podiuma həsrət qalıb. Dördqat Dünya Çempionu Monakoda sazlanmalarla bağlı problem yaşamış, Bakıda lider getdiyi yarışda boyunluğu çıxmış, Avstriyada isə ötürmələr qutusu probleminə görə startda 5 yer itirməli olmuşdu.

Toto Volff: “Məncə, Lyuis yaşaya biləcəyi bütün bəxtsizlikləri yaşadı. Boyunluğu çıxdı, ötürmələr qutusu xarab oldu. Amma indi mübarizəyə yenidən qoşulmaq vaxtıdır və ümid edirəm ki, Silverstounda buna nail olacaq. Son dövrlərdə vəziyyəti elə də yaxşı deyil. Bolid və təkərə görə problem yaşayır və Avstriya yarışı da onun üçün ideal deyildi. Ötürmələr qutusu və boyunluq onun işini çətinləşdirdi. Amma artıq dəyişmək və uğuru geri çevirmək vaxtıdır.

Lyuis yenidən mübarizəyə qayıda bilər. Hələ çempionatın yarısına gəlməmişik və toplaya biləcəyimiz 275 xal var. Hədəfimiz Silverstounda ona ən yaxşı şəraiti təmin etməkdir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*