F-1.az xatırladır ki, britaniyalı sürücü sıralanma turunda komanda yoldaşı Bottasdan geridə qaldıqdan sonra yarışın əvvəlində də rəqiblərinə yaxınlaşmaqda problem yaşayıb. Dördqat Dünya Çempionu yarışı 4-cü yerdə bitirib.
Lyuis Həmilton: “Sözün açığı, yarış ərzində çox zəif idim. Bolidin tempi zəif idi və sadəcə yerimi qorumağa çalışdım. Boksun mən olan tərəfində işlər yaxşı getmədi. Komanda olaraq yaxşı yarış göstərmədik. Sıralanma turunda və yarışda çox zəif idim. Səbəbini tezliklə tapmalıyıq. Əks halda, xal itirməyə davam edəcəyik. Önümdəki rəqiblərin problem yaşaması xeyrimə oldu. Bunun hesabına bir neçə pillə qazandım. Ümid edirəm ki, Bakıda hər şey yaxşı olar”.