L.Həmilton: “Mübarizə davam edir”

Monakoda 7-ci olduqdan sonra Fetteldən 25 xal geri qalan Həmilton bildirib ki, təslim olmayacaq.

F-1.az xatırladır ki, Fettel 6 yarışdan 3-də qalib gəlməklə hamısında podiuma yüksələ bilib. Həmilton isə 2 qələbə qazanıb və 2 dəfə podiuma yüksəlib.

Lyuis Həmilton: “Çempionluğa hələ də inanıram. 25 xal böyük fərqdir, lakin bunu yavaş-yavaş bağlamağa çalışacağıq. Mübarizə bitmədi. Bu marafondur və növbəti yarışı düşünməliyik.

Mükəmməl səviyyədə deyilik və çox işləməliyik. Fərqli sahələrə fokuslanmalıyıq. Bir boliddə təkərlər işləyirsə, digərində niyə işlədə bilmədiyimizi tapmalıyıq. Bunun üzərində işləyəcəyik. Yenidən eyni halın baş verməsinə icazə verməməliyik, çünki növbəti yarışda da bu cür nəticə alsaq, çox geriyə düşəcəyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*