L.Həmilton: “Monakodakı qələbəyə görə arxayınlaşmaq olmaz”

O, Monakodakı qələbənin hər şeyi onun xeyrinə dəyişdirmədiyini düşünür.

F-1.az xatırladır ki, Lyuis keçənilki ABŞ Qran Prisindən sonra növbəti qələbəsi üçün 7 ay gözləməli olmuş, bu dövrdə komanda yoldaşı Niko Rosberq ardıcıl 7 qələbə qazanmışdı.

Lyuis Həmilton: “Bura təbii ki, yaxşı əhval-ruhiyyədə gəlmişəm. Amma mövsümün gedişatı hamıya bəllidir. Bir yarışda qalib gəldiyim üçün hər şeyin yaxşı olacağına inanaraq gəlməmişəm. Bəzi problemlərdən yan keçə bilərik, ama bəzən elə problemlər olar ki, onlardan qaça bilmərik. Mən diqqətimi yarana biləcək maneələrə yönəldirəm. Təmiz, problemsiz həftəsonu keçirmək xoş olar. Buradan gülərüz gedə bilərik.

Britaniyalı sürücü Kanada Qran Prisində debüt ili olan 2007-ci il və keçən il də daxil olmaqla 4 dəfə qalib gəlib. Amma Lyuis statistikanın ona Rosberqlə mübarizədə üstünlük verəcəyini düşünmür: “İndidən nəsə demək üçün tezdir. Xüsusilə də bu həftə nələr ola biləcəyini əvvəldən proqnozlaşdırmaq istəmirəm. Sadəcə, sürətli olduğum bir trasdır. Mən özümü bu trasda çox rahat hiss edirəm. Ümid edirəm ki, bundan istifadə edə biləcəm. Mən bu trasda çox pis yarışlar da keçirmişəm. Ona görə də digər pilotlardan fərqli heç bir hissim yoxdur”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*