F-1.az xatırladır ki, Həmilton 2008-ci və 2016-cı illərdə Monakoda qalib gəlməklə, daha 3 dəfə (2007-ci, 2014-cü və 2015-ci illərdə) podiuma yüksəlib.
Lyuis Həmilton: “Bu mövsüm hər şeydən əvvəl stabil olmaq lazımdır. Bir yarış əvvəl lider olduğunuz halda, növbəti yarışdan sonra geriyə düşə bilərik. Bu cür mövsümdə çempion olmaq asan deyil. Hər yarışdan maksimum nəticə almalıyıq. Nəticədə mövsümün sonunda ən çox yarış qazanan yox, ən stabil sürücü çempion olacaq. Hazırda mövsüm yeni başlayıb və çempionatda önə keçməyin xəyalını qurmuram. Məqsədim hər yarışı qazanmaqdır.
Barselona yarışında qalib olmaq o demək deyil ki, Monakoda da qalib olacam. Buna görə də bütün diqqətimi Monakoda uğur qazanmaq üçün toplayacam. Monte Karloda sıralanma tempinin çox vacib olduğunu bilirik. Bütün gücümüzü sıralanma turunda yaxşı nəticə göstərmək üçün istifadə edəcəyik. Ferrari yenə də bizə çox yaxın olacaq. Ümid edirəm ki, yaxşı performans göstərərək, dubl edərik”.