F-1.az xatırladır ki, Monako 1950-ci illərdən Formula1 yarışlarınl qəbul edir, amma təqvimdə yarışların sayı artdıqca bəzi ənənəvi trasların gələcəyi təhlükə altına düşür. Bunlardan biri də Monakodur.
Karyerasında 3 dəfə Monakoda qalib gəlmiş Həmilton əfsanəvi trasın təqvimdən çıxmasına razı deyil: “Monako idmanımızın əsas incilərindən biridir və onu itirməməliyik. Hamı oranı sevir və burada yarışmaq gözəldir.
Ancaq bir problem var. Orada yarış azarkeşlər üçün maraqlı keçmir. Trasın quruluşunu dəyişmək də mümkünsüzdür, çünki Monte Karlo dünyanın ən kiçik ikinci ölkəsidir. Orada trasın quruluşunu dəyişməyə yer yoxdur. Əksər sürücülər Monakoda yaşayır. Oranın tarixi pilotları cəlb edir”.