F-1.az xatırladır ki, Mik Şumaxer gələn mövsümdən Mercedes-in üçüncü sürücüsü olacaq və simulyatorda komandasına kömək edəcək.
Lyuis Həmilton: “Artıq ehtiyat sürücülərlə çox yaxından işləmirik. Artıq onlar daha çox simulyatorda vaxt keçirirlər. Yenə də onunla komanda yoldaşı olacağıq.
Mik böyük istedaddır və Mercedes üçün vacibdir. O, almaniyalı sürücüdür. Mercedes-lə atası Mixael bir-birlərinə yaxın idilər”.