L.Həmilton Mercedes motorunun növbəti yenilənmələrindən istifadə edə bilməyəcək

Mövsümün əvvəlindən etibarən güc qurğusunda yaranan problemlər britaniyalı sürücünün cəza almasını qaçılmaz etmişdi. Lyuis və komandası bu cəzanı ötmələrə imkan verən Spada çəkmək qərarına gəliblər.

F-1.az xəbər verir ki, Belçikada birdən artıq motor dəyişdirən Lyuis Həmilton ümumilikdə 55 yer itirmək cəzası alıb və yarışa son sıradan başlayacaq. O, bununla mövsümün sonuna qədər lazım ola biləcək güc qurğusu elementlərinə sahib olub. Lakin Lyuis başa üşür ki, motora ediləcək növbəti yenilənmələrdən yararlana bilməyəcək. O, yenilənmələrdən istifadə etmək üçün yenidən təzə hissələr götürməlidir. Bu da, öz növbəsində, yenə cəza almağa səbəb olacaq.

Lyuis Həmilton: “Motoru mütəmadi olaraq yeniləyirlər. Mövsümün qalan hissəsində yenə yenilənmələr olacaq və mən onlardan istifadə edə bilməyəcəyəm. Lakin bunu etməyə məcbur idim. Bundan sonra mübarizəyə daha yaxşı qoşula biləcəyimə inanıram. İndiyə qədər motor ehtiyatım az idi və mən demək olar ki, hər yarışda onları qorumağa çalışırdım”.

Toto Volff: “Mükəmməl ssenari heç vaxt olmur. Gətirəcəyimiz yeniliklər yaxşı işləsə, bu, təbii ki, Lyuis üçün pis olar. Lakin apardığımız bəzi testlərə və müşahidələrə əsasən deyə bilərəm ki, bundan sonra ediləcək yenilənmələrdə çox da ciddi qazanc əldə edilməyəcək. Buna görə də, yeniliklərin onun çempionluq uğrundakı mübarizəsinə təsir edəcəyinə inanmıram. İndi işlətmədiyi 3 motoru var və bu onun üçün yaxşıdır. Əslində vəziyyəti çox yaxşıdır”.

 

 

 

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*