L.Həmilton Mercedes-in çempionluğuna görə sevinməyib

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Niki Laudanın ölümümdən sonra builki çempionluqdan həzz almır.

F-1.az xatırladır ki, Mercedes komandasının qeyri-icraçı direktoru olmuş Lauda bu ilim may ayında dünyasını dəyişmişdi.

Lyuis Həmilton: “Fərqli hiss edirəm. Əvvəlki illər kimi xoşbəxt deyiləm. Çünki bu il Niki öldü və onun yoxluğunda sevinə bilmirəm. Komanda ilə qürur duyuram və inanıram ki, Niki də bu uğura sevinir. Biz ona borcluyuq və çempionluğu da ona həsr edirik. Boksa hər gələndə Nikinin qulaqlıqlarını və papağını görürəm. Bu gün maşına minməmişdən əvvəl onlara baxdım. O, hazırda bizimlə qürur duyur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*