F-1.az xatırladır ki, Çin və Rusiya yarışlarında Həmiltonun mühərriyində eyni problem yaşanmışdı. Bundan sonra Həmiltonun fanları belə söz-söhbət çıxarmışdılar ki, Mercedes AMG komandası Həmiltona qəsd edir və Rosberqin çempion olması üçün işləyir.
Mercedes Motorsport-un rəhbəri Toto Volff bu xəbərləri təkzib etmişdi və indi isə Lyuis Həmilton bildirib ki, komanda əlindən gələni edir və o, komandasına inanır: “Sizdən xahiş edirəm ki, mənim kimi bu komandaya güvənin. Bu komanda mənim ailəmdir. Buradakı uşaqlar mənim üçün işləyirlər və buna görə də 3 qat Dünya Çempionuyam.
Xahiş edirəm ki, komandanın mənə haqsızlıq etdiyi barədə sözlər deməyin. Bu sözlərin heç kəsə faydası yoxdur, bunu başa düşün.
Biz 3 ildir ki, bir yerdə işləyirik və bizim bir yerdə yaxşı keçmişimiz olub. İndi isə işlər qaydasında getmir.
Bu uşaqlara min faiz güvənirəm. Mexaniklərim çox güclüdür və öz işlərinin ən yaxşısıdırlar. Onlara hörmət edirəm və siz də hörmət edin”.