F-1.az xəbər verir ki, komandanın yığıncağındakı müzakirələrdən sonra Lyuis daha sakit açıqlamalar verib.
Lyuis Həmilton: “Əslində məni başa düşməlisiniz. Bir tərəfdə son 2 ildəki möhtəşəm uğurlarımız var və bunlar üçün minnətdaram. Komanda çox yaxşı və intensiv işləyir. Baş vermiş hadisəyə görə hamımız məyusuq. O anda maşından çıxarkən keçirdiyim hissləri izah etmək çətindir. Hələ bu, yarışda lider olarkən baş veribsə… Mercedes bu günə qədər sürücülərə 43 motor verib və əlavə 3 motor mənə aiddir. Bütün problemlər məni tapıb.
Bütün bunlara baxmayaraq, komandaya 100% güvənirəm. Onlarla 4-cü ildir ki, işləyirəm və həmişə ədalətli olublar. Buranı sevirəm. Onlar olmasaydı, son 2 çempionluğumu əldə edə bilməzdim. Bütün bunlar mənim üçün bir sınaqdır. Mübarizəyə davam edəcəyəm. Necə enməyiniz yox, necə yüksəlməyiniz önəmlidir. Bu, təkcə mənim üçün yox, hamı üçün belədir”.