L.Həmilton: “Mercedes bizə bərabər yarış şəraiti yaratmadı”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, 2016-cı ildə komanda yoldaşı Rosberqlə bərabər şəraitdə yarışmayıb.

F-1.az xatırladır ki, Lyuis Həmilton 2016-cı ildə bir neçə dəfə texniki problemlə üzləşmiş və Malayziyada mühərriyi partladığı üçün çempionluğu əldən vermişdi. Rosberq isə komanda yoldaşına nisbətən daha az problem yaşamış və 5 xal fərqlə Dünya Çempionu titulunu qazanmışdı.

Həmilton mövsüm bitdikdən sonra almaniyalı sürücünün az problem yaşadığını demişdi. Amma britaniyalı son açıqlamasında bildirib ki, Mercedes komandası onlara bərabər yarış şəraiti yaratmayıb: “Komanda hər iki sürücüsünə də bərabər yarışmaq fürsəti verməlidir. Mənim boksumda problemlər olurdu, amma digər boksda yox. Buna görə də bərabər şərait yox idi. Bu, mənim üzərimdəki təzyiqi artırdı və hər fürsətdən sona qədər istifadə etməyə məcbur etdi. Təhlükəli bir şey etmədim və ya kimsəyə zərər vermədim. Yenə olsa, yenə edərəm. Trasa mübarizə aparmaq üçün çıxırıq”.

Həmilton bildirib ki, çempionluğu əldən verdikdən sonra motivasiyası artıb: “Zehni cəhətdən yaxşı vəziyyətdəyəm. Gələn il məni fərqli mübarizə gözləyir. Çempionluğu itirdim və gələn il qazanmaq üçün ikiqat fokuslanacam. Artıq çempionluğu daha çox istəyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*