L.Həmilton: Mənim üçün çətin idi…

Mercedes komandasının sürücüsü Lyuis Həmilton əla dövrə vurduğunu deyib.

F-1.az xatırladır ki, britaniyalı 6 qat Dünya Çempionu Belçikada 1.41.252 zaman nəticəsi ilə tras rekordunu qıraraq, karyerasının 93-cü poulunu qazanıb.

Lyuis Həmilton: “Belə bir gündə poul qazandığım üçün özümü xoşbəxt hiss edirəm. Səhər oyananda pis xəbər aldım – Çedvik Bouzman dünyasını dəyişmişdi. Çox sadə adam idi. O, qaradərililəri təsvir edən əfsanəvi fiqur idi. Balaca olanda Supermen olmaq istəyirdim. Bu gün gənc qaradərililərin bu cür super qəhrəmanı olması çox vacibdir.

Onun ölümündən sonra sıralanma turuna fokuslanmaq mənim üçün çətin oldu, ancaq Çedvik bunun mümkün olacağını göstərdi. Mən Formula1 karyeramda çox dövrə vurmuşam, amma üçüncü sessiyadakı son iki dövrəm çox mükəmməl idi. Dəbilqəmin altında üzümü görmürdünüz, lakin gülümsəyirdim.

Son cəhdimdə trasa tez çıxmağa qərar verdim. Əks halda ya trafikə düşə bilərdik ya da sarı bayraqlar qarşımızı kəsə bilərdi. Sabah bizi uzun yarış gözləyir və cümə günü Red Bull yarış tempində güclü idi.

Bugünkü poulumu Çedvikə həsr edirəm, çünki o həmişə mənə ilham verib. Onun ailəsinə səbir diləyirəm”.

Qeyd edək ki, Çedvik Bouzman dünən bağırsaq xərçənginə görə dünyasını dəyişib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*