F-1.az xatırladır ki, iki sürücü 2017-ci və 2018-ci illərdə çempionluq uğrunda gərgin mübarizə aparmış və hər ikisində də qazanan Həmilton olmuşdu.
Ferrari komandasının sürücüsü Sebastyan Fettel 2018-ci il mövsümünün son yarışı Əbu Dabidən sonra Həmiltondan xüsusi bir şey – dəbilqəsini istəyib.
Lyuis Həmilton: “Mənə mesaj atdı və dəbilqələrimizi dəyişək yazmışdı. Futbolçular hər oyundan sonra belə edirlər. Ancaq dəbilqələr formalardan baha olur. Onlar bizim üçün dəyərlidirlər. Heç kimə dəbilqəmi vermirəm. Şumaxerlə birini dəyişdirmişdik. Dəbilqəmi dəyişdiyim başqa sürücülər də var, ancaq xatırlamıram.
Fettelin təklifini qəbul etdim. Xüsusi an idi. Çünki dördqat Dünya Çempionu ilə yanyana dayanmışdım. O, mükəmməl sürücüdür. Dəbilqə dəyişmək aramızdakı hörməti göstərir”.