F-1.az həmin müsahibəni təqdim edir.
Sual: Çoxları düşünür ki, Formula1 bolidini sürmək sadəcə pedallar və sükanla işləməkdən ibarətdir. Lakin siz bir dövrə vurmaq üçün çox hərəkət etməli olursunuz.
Lyuis Həmilton: Bəli, belədir. Mən deyəndə ki, hər bir yarışda 4.5 kq-a yaxın çəki itirirəm, hamı təəccüblənir. Hətta çox adam pilot olmadığı üçün peşman olur.
Sual: Deməli, bu, arıqlamağın ən sadə üsuludur!
Lyuis Həmilton: Tamamilə doğrudur.
Sual: Siz Formula1-in ilk qaradərili pilotusunuz və üç titul qazanmısınız. Amma siz sadə bir ailədə böyümüsünüz. Atanız bəzən eyni anda dörd yerdə işləməli olub ki, siz pilot kimi çıxış edə biləsiniz…
Lyuis Həmilton: Belədir ki, var. Avtoidman çox bahalıdır. Ailəm maddi olaraq buna hazır deyildi. Biz birotaqlı evdə yaşayırdıq. Mən yarış karyerama başlayanda bu, çox xoşuma gəldi. Lakin atam çox işləməli oldu.
Sual: Lakin o vaxtdan inanılmaz uğurlara nail olmusunuz. Siz Kokonu da bura gətirmisiniz. İtiniz barədə danışa bilərsiniz?
Lyuis Həmilton: Mənim itlərim həmişə olub. Çalışıram ki, Kokonu hər yerə aparım. Mənim daha bir buldoqum var. Lakin indi Britaniyadadır. Çünki bu yaxınlarda əməliyyat olunub.
Sual: İtləriniz üçün Lyus Həmiltonla yaşamaq necədir?
Lyuis Həmilton: Koko digər itlər kimi deyil – gəzməyi sevmir. Onu parka aparmaq üçün Uber taksi xidmətinə zəng etməli oluram. Mən onu skamyanın üstünə qoyuram, bir qədər sonra isə biz maşınla evə qayıdırıq.
Sual: Siz bu günlərdə Haydi Klumun təşkil etdiyi şənliyə qoşulmusunuz, lakin sizi heç kim Coker imicində tanımayıb.
Lyuis Həmilton: Bəli, hətta dostlarım da məni tanımadılar!
Sual: Qrimlənmək üçün sizə nə qədər vaxt lazım oldu?
Lyuis Həmilton: Maska üçün təxminən 2.5 saat vaxt sərf olundu. Britaniyada Helloin bayramı qeyd edilmir. Bayram vaxtı ABŞ-da idim və buna ciddi surətdə hazırlaşmaq qərarına gəldim.