F-1.az xatırladır ki, ondan əvvəl bu həddi yalnız Alen Prost və Mixael Şumaxer haqlamışdılar. Düzdür, Niko Rosberqin ikinci yerdə finiş görməsi üzündən Lyuisin çempionatdakı fərqi yalnız 7 xal azalda bilib…
Lyuis Həmilton: “Bu gün avtodroma fantastik publika toplaşmışdı, məhz tamaşaçılar bu həftəsonunu unudulmaz edirlər! Əhvalım yaxşıdır, Ostin trasında mən həmişə uğurla çıxış etmişəm və burada özümü evimdəki kimi hiss edirəm. Belə bir dəstəyə görə hamıya təşəkkür edirəm!
Bizim komanda bu həftəsonu əla işlədi və biz dubl etdik. İndi mən yerdə qalan yarışlarda da 100% çalışmalıyam və bu həftəsnou olduğum kimi sürətli olmalıyam. Hərçənd, Niko bütün mövsümboyu yaxşı çalışır və bizim əsas mübarizəmiz hələ qarşıdadır. Amma mən sizin böyük dəstəyinizi hiss edirəm, ona görə də məni dəstəkləməyə davam edin!”