F-1.az xatırladır ki, Rosberq çempion olduqdan 5 gün sonra təqaüdə çıxdığını açıqlamışdı.
Lyuis Həmilton: “Yenidən mübarizə aparmaması pis oldu, amma bu onun qərarıdır və hörmət edirəm. Həmişə mümkün qədər zirvədə getmək istəyərsiniz. Mən isə hadisələrə fərqli yanaşıram. İki il ardıcıl çempion oldum və hər il bir nəfərin mübarizə aparmasına fürsət yaratdım.
Mən beləyəm. İstedadlarıma və hər il edə biləcəklərimə güvənirəm. Yenidən qazansam da, böyük ehtimalla yeni fürsət axtarışına başlayaram. Yarışları sevirəm. Tras üzərində fərqli rəqiblərlə mübarizə aparmağı sevirəm. 18 ildir yarışırıq və buna görə də bu mənim üçün ən pis ssenari deyil”.
Həmilton və Rosberq uşaqlıq dostlarıdır. Amma son 3 ildə bu cütlüyün münasibətləri son həddə çatmışdı. Britaniyalı bildirib ki, bu il araları daha yaxşı olub: “Bu mövsüm ən yaxşı idi. Özümüzü tutub işimizlə məşqul olduq. Avstriya və Barselonadakı təmaslardan başqa problemimiz olmadı. Bundan sonra bir-birimizi az-az görəcəyik. Eyni binada yaşasaq da, bir-birimizi görmürdük. Bir-birimizi çox ötmürdük. Buna görə də inanmıram ki, böyük dəyişiklik olsun. Sadəcə o daha çox tətilə çıxacaq. Nə planları var bilmirəm, ancaq bəlkə daha çox gəzər”.