L.Həmilton: Mən heç yerə getməyi planlaşdırmıram

Son iki ildə çempionluqları sıraladığı mövsümlərdəki kimi yaxşı maşında olmayan yeddiqat titul sahibi barədə tez-tez təqaüdə çıxacağı deyilir.

F-1.az xəbər verir ki, britaniyalı sürücü Mayamidə bu söz-söhbətləri bir daha təkzib edib.

Lyuis Həmilton: “Yaxın gələcəkdə dayanmağı planlaşdırmıram. Mən karyeramın sonunda və ya yamacda deyiləm. Hazırda tam çiçəklənirəm. Hər şey öz üzərinizdə işləməyinizdən, fiziki və zehni qabiliyyətlər baxımından özünüzü formada saxlamağa nə qədər hazır olmağınızdan asılıdır.

LeBron Ceymeə baxın, Tom Brediyə baxın – onların nümunəsi sübut edir ki, gündəlik idmanınıza sadiq olduğunuz müddətdə formada qala bilərsiniz. Mən heç nəyi dəyişdirməyi planlaşdırmıram, həvəs və motivasiya əlavə edib daha yaxşı olmaq istəyirəm.

Karyeramı başqa komandada davam etdirmək barədə heç vaxt düşünmədiyimi desəm yalan olar. McLaren-də başladım və bütün həyatım boyu bu komandada sürəcəyimə əmin idim. Məni 13 yaşımda dəstəkləməyə başladılar, ağlıma başqa heç nə gəlmirdi.

Təbii ki, Ferrari sürücülərini izlədim, qırmızı maşın sürməyin necə olduğunu təsəvvür etdim. Amma mənim komandam Mercedes-dir, onun üçün sürmək xoşbəxt edir. Hələ müqavilə imzalamamışam, amma bunun üzərində işləyirik”.

Xatırladaq ki, Lyuisin komanda ilə müqaviləsi bu ilin sonunda başa çatacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*