L.Həmilton: “Mən də insanam”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton quru təkərlərə keçdikdən sonra yarışının korlandığını deyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa pouldan başlasa da, quru təkərlərə keçdikdən sonra son döngədə baryerlərə çırpılıb. Buna görə pit-stopa qadağan olunmuş yerdən daxil olan beşqat Dünya Çempionu 5 saniyə cərimələnib. Nəticədə yarışı 11-ci yerdə bitirən Həmilton yarışdan sonra Alfa Romeo sürücüçlərinin cəza alması ilə 9-cu olub və iki xal qazanıb.

Lyuis Həmilton: “Tras yaş olan vaxtda quru təkərlərinə keçdim və yarışın taleyi burada həll olundu. Komanda məni pitə çağıranda yağışın artdığını görürdüm. Amma onlar məndən çox məlumata sahibdirlər. Mən onlardan keçid təkərləri istəsəydim, bu mənə baha başa gələ bilərdi. Lekler də o an tras xaricinə çıxdı. Zamanlama səhv idi. Lakin mən də insanam. İnsan səhv edə bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*