F-1.az xəbər verir ki, Həmilton sürücülərin məlumat paylaşmasına tam olaraq qarşı deyil, amma trasda əldə etdikləri məlumatların gizli qalmasını istəyir: “Mən trasa çıxıb, vəzifəmi yerinə yetirib məlumat topladıqdan sonra bunları başqası ilə bölüşməməliyəm. Bunu hər sürücü özü etməlidir. Bunu komandaya da dedim. Mən də komanda yoldaşımdan heç nə istəmirəm. Bu mənə doğru gəlmir. İmtahanda ən yaxşı qiymət alandan köçürməyə bənzəyir və ədalətli deyil. Döngələrdəki əylənmə zonalarınız və harada hansı trayektoriya ilə gedəcəyinizlə bağlı məlumatlar sizi yarışda sürətli edən amillərdəndir. Bunlar sürücü üçün məxfi qalmalıdır. Komanda yoldaşı ilə bölüşülməməlidir. Kartinqdə də belə idi. Buna görə də oradakı yarışlar üçün darıxıram”.
L.Həmilton məlumatları bölüşmək istəmir
Merceses komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, sürücülərin əldə etdiyi məlumatların bokslar arasında paylaşılmasını istəmir və hər sürücü özü üçün işləməlidir.