L.Həmilton: Maşında rahatam

Mercedes Silverstounda icazə verilən 100 km-lik məsafəni iki gün ərzində qət edib və sürücülər az sayda dövrə vurmaqla kifayətləniblər.

F-1.az xəbər verir ki, yeddiqat dünya çempionu yeni maşın barədə ilk təəssuratlarını bölüşüb.

Lyuis Həmilton: “W14-də trasa çıxmaq əladır. Yeni maşınla ilk yürüş bazada hər kəs üçün həmişə xüsusi an olur, çünki əməkdaşlarımız bunun üçün çox çalışıblar. Mən hər kəsə göstərdikləri səylərə görə çox minnətdaram.

Gün rahat keçdi. Proqramı işləyib hazırladıq və bəzi faydalı nəticələr çıxardıq. Ümumiyyətlə, maşında rahatam və Bəhreynə səfəri səbirsizliklə gözləyirəm”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*