L.Həmilton: Maksı qovalamağa çalışacam

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, beşinci yerdən razıdır və əsas hədəfi yarışda Maks Ferstappenlə mübarizə aparmaq olacaq.

F-1.az xatırladır ki, britaniyalı sürücü ilk cərgəyə yaxın olsa da, son cəhdindən sonra 5-ci yerdə qalıb.

Lyuis Həmilton: “Sevincliyəm. Bolidin aero paketində bir az işləməliyik. Yəni Red Bull kimi hər trasda və hər şəraitdə işləmir. Bunun üçün sazlanma tapmağa çalışırıq. Amma komanda ilə qürur duyuram. Cümə günü gecə sazlanmalar üzərində əla işlədik. Bolid əla işlədi. Yeniliklərin boliddə işləməsindən razıyam. Ümid edirəm ki, bizi doğru yönə aparar. Boliddə böyük addımlar atdıq. Sıralanma turunda ikinci yer uğrunda mübarizə aparmaq sürpriz oldu.

Əgər titul uğrunda mübarizə aparsaydım, 10-cu döngədə itirdiyim 0.2 saniyə üçün məyus olardım. Amma indi sevincliyəm. Yarışda bunu kompensə etməyə çalışacam”.

O, Rassellə olan təmasdan da danışıb: “Trasa fərqli zamanlarda çıxdıq. 12-ci döngəyə gələndə önüm boş idi. 13-cü döngədə Rassell pitə gedəcək kimi görünürdü, amma getmədi. Bu da məni çaşdırdı. Daha sonra sağa doğru hərəkət etdi və mən sola keçdim. Ancaq o da sola gəlməyə başladı. Bir-birimizi anlamadıq.

Ön qanad zədələndi, amma altlıqda nə olduğunu anlamadım. Yenə də Red Bull-la mübarizə apara bilməzdik. Onlar öz liqalarındadırlar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*