F-1.az xatırladır ki, yarışın 37-ci dövəsində lider Ferstappenə komandası deyib ki, Həmiltona yerini versin. Lakin niderlandlı sürücü bolidini anidən saxlayaraq, qəza vəziyyəti yaradıb. Həmilton ona arxadan çırpılıb və ön qanadını zədələyib.
Lyuis Həmilton: “Nəyə görə əyləcə elə sərt basdığını anlamadım. Daha sonra aarxadan ona vurdum və birdən sürməyə başladı. Nə olduğunu anlamadım. Daha sonra mənə dedilər ki, sənə yol verir.
Çox çətin yarış idi. Əlimdən gələni etdim. Eyni zamanda məntiqli davrandım. Sahib olduğum təcrübə ilə bolidi həm trasda tutdum, həm də təmiz sürdüm. Çox çətin idi. Komanda olaraq əlimizdən gələni etdik. Buna görə də qürurluyam. Azarkeşlərə də təşəkkür edirəm. Burada olmaq gözəldir’.