L.Həmilton: Maks mənə yer qoymadı

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Mask Ferstapen ona yer qoymadığı üçün insident yaşanıb.

F-1.az xatırladır ki, Britaniya yarışının ilk dövrəsində iki sürücü arasında amansız mübarizə gedirdi. Lakin Kops döngəsində iki sürücü yan-yana gəlib və təmas ediblər. Yekunda Ferstappen bariyerlərə çırpılaraq mübarizəni dayandırıb. Həmilton isə bu hərəkətinə görə 10 saniyə cərimə alıb. Buna baxmayaraq, yeddiqat Dünya Çempionu yarışı qazandı və 5 yarışlıq qələbəsizlik orucunu pozub.

Lyuis Həmilton: “Var qüvvəmlə mübarizə apardım. Bazada əlimdən gələni etdim. Uşaqlarla bilikdə işləyərək, boliddəki performansı anlamaya çalışdıq və hamı bilsin ki, onlar əla işlədilər.

Mən həmişə ehtiyatlı davranmağa çalışmışam. Xüsusən də Maksla mübarizələrdə… O, çox aqressiv sürücüdür. Bu gün də mənə yer qoymadı. Cəza ilə razılaşsam da, razılaşmasam da, bunu qəbul etdim. Bunun qələbəni əldən vemrəsinə razı ola bilməzdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*