F-1.az xatırladır ki, britaniyalı sürücü Macarıstan yarışında Ferrari sürücülərini keçmək üçün Bottasdan onu buraxmasını istəmiş, amma yarışın son döngəsində finlandiyalı komanda yoldaşına yerini qaytarmışdı.
Lyuis Həmilton: “Komanda üçün əla iş gördük və bunun müsbət təsiri oldu. Valtteriyə yerini qaytardım. Sonra öz-özümə dedim ki, “bir də belə halın yaşanmasını, Valtterinin arxasında olmaq istəmirəm”. Bundan sonra həmişə öndə olmalı idim və Valtterinin məni keçməsinə icazə verməməli idim. Mövsümün ikinci hissəsində istədiyimi etdim”.