L.Həmilton: “Lekler hələ çox qələbə qazanacaq”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton rəqibi Şarl Leklerin çoxlu podium qazanacağını düşünür.

F-1.az xatırladır ki, monakolu sürücü lider gedərkən son dövrələrdə problem yaşayıb və finişdə 3-cü olub. Yarışı isə Lyuis Həmilton qazanıb. Lakin beşqat Dünya Çempionu gənc rəqibinə təriflər yağdırıb: “Ferrari-lər bu həftəsonu mükəmməl idilər. Şarlı əla iş gördü və qalib gəlmək üçün hər şeyi etdi. Qələbəyə layiq idi. Komanda üçün də pis nəticədir. Amma Lekler gələcəkdə çox yarış qazanacaq.

Bu gün bəxtimiz gətirdi. Amma bəxt ayağımıza gəlirsə, dəyərləndirməliyik. Yarışda əlimdən gələni etdim. Amma Fettellə mübarizədən həzz aldım. Qüllənin təpəsindəki böyük bayrağa baxsanız görərsiniz ki, 4-cü döngədə güclü külək var. Buna görə də var qüvvəmlə mübarizə apardım və xarici trayektoriyadan hücum etdim. Lakin təmas etmədik. Komandamız üçün əla nəticə oldu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*