F-1.az xatırladır ki, britaniyalı sürücü Macarıstün yarışında iki pit-stoplu strategiya seçərək, Ferstappeni keçə bilib və builki 8-ci qələbəsini qazanıb və xalını 250-ə yüksəldib.
Lyuis Həmilton: “Düzünü desəm, həftəsonu ərzində əyləclə bağlı problemlər yaşadım. Bir az narahat idim. Əylənmədən əvvəl ayağımı erkən qazdan çəkməli idim. Buna görə də əyləcləri qorumalı idim. Hər şeyi bir araya gətirmək çətin idi. Red Bull da əla müdafiə olunurdu. Düzlük sürətləri yaxşıdır. İkinci pit-stopdan sonra 19 saniyəlik fərqi bağlaya biləcəyimə inanmırdım. Komanda mənə dedi ki, başını aşağı sal və sür. Fərq bağlandı. Sıralanma tempində gedirdim. Komandanın işinə baş əyirəm. Niki də eynisini edərdi. Komanda riskə gedərək mənə şans verdi. Bu uşaqlar olmasaydı, bazadakı işçilər həvəslə işləməsəydi, qələbə mümkünsüz idi”.