L.Həmilton: Lando ilə Karlosu təbrik edirəm

Mercedes komandasının sürücüsü Lyuis Həmilton yarışdan sonra Karlos Saynsla Lando Norrisi təbrikd edib və komandasını cəsarətli strategiyaya görə tərifləyib.

F-1.az xatırladır ki, Mercedes komandasının sürücüləri yarışın sonlarında Merium təkərlərə keçiblər. Bundan sonra həm Rassell, həm də Həmilton bir dövrədə Lekleri keçərək, Saynsla Norrisə yaxınıaşıblar. Lakin Sayns rəqibi Norrisə DRS verərək, Mercedes sürücülərinin ötməsinə icazə verməyib. Yarışın son 5-6 dövrəsi belə keçib və yekunda Sayns yarışı qazanıb. Norris isə ikinci yeri tutub.

Lyuis Həmilton: “Əvvəlcə Lando ilə Karlosu təbrik edirəm. Bu gün əla işlədilər. Strategiyaları əla işlədi. Bu həftəsonunun strategiya qumarını biz oynadıq və riskə getdik. Sıralanma turuna fərqli sayda təkər dəsti saxladıü və bu günə təzə Medium təkərimiz var idi.

Hiss edirdim ki, bugünkü yarış iki pit-stopluq olacaq. Komanda yaxşı strategiya seçərək, önlərə qayıtmağımıza kömək etdi. Yarış çətin idi və belə də olmalıdır. Hava yenə isti idi və iki kilo itirdim. Çox da pis deyil.

Startda yaşananlar məyusedici idi. Lakin başımı önə əyib, sürməyə davam etdim. Əlbəttə, Corc son dövrədə problem yaşadı. Öndəki rəqiblərimizi keçmək üçün limitdə sürürdük və təkərlərimiz qızmışdı. Rassell geri qayıdacaq. O, həftəsonu ərzində çox yaxşı sürdü”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*