L.Həmilton: Koronavirus deyiləm

Formula1 üzrə altıqat Dünya Çempionu Lyuis Həmilton bildirib ki, koronavirusa yoluxmayıb.

F-1.az xatırlarır ki, Formula1 üzrə altıqat Dünya Çempionu Lyuis Həmilton bir neçə həftə əvvəl Londonda məşhur aktyor İdris Elba və Kanadanın Baş Nazirinin müavini Sofi Trüdo ilə görüşmüşdü. Həmin tədbirdən sonra həm Trüdoda, həm də Elbada koronavirus aşkarlanmışdı. Həmin gün Lyuis Həmilton bir neçə dəfə Elba ilə qucaqlaşmışdı və əksəriyyət britaniyalı sürücünün də virusa yoluxduğunu düşünür. Amma Həmilton bu şayiələri təkzib edib: “Hamıya salamlar. Ümid edirəm ki, hamı pozitivdir. Daha əvvəl iştirak etdiyim bir tədbirdə iki nəfərin koronavirusa yoluxduğunu eşitdim. Buna görə mənim də xəstəliyə yoluxmağımla bağlı şaiyələr çıxdı. Ancaq hər şey qaydasındadır, özümü yaxşı hiss edirəm və hər gün idman edirəm. Heç bir simptom yoxdur. Sofi və İdrislə 17 gün əvvəl təmas yaşamışam. İdrislə əlaqə saxladım və vəiyyəti yaxşıdır. Mən də həkimimlə danışdım. Testə girib-girməməyi sorğuladım. Ancaq hazırda xəstəxanalarda yer azdır və mən testə girsəm, bir adamın yerini tutmuş olacağam. Avstraliyadan sonra özümü insanlardan izolyasiya etmişəm. İnsanlardan uzaq durdum. Əsas odur ki, əlinizi 20 saniyə yuyun və insanlarla məsafə saxlayın. Maraqlandığınız üçün hamınıza təşəkkür edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*