L.Həmilton komandasına təşəkkür edib

Qətər Qran Prisinin sıralanma turunda poul qazanan Lyuis Həmilton komandasına təşəkkür edib.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu səkkiz yarışdan sonra ilk dədə poul qazanıb.

Lyuis Həmilton: “Dünən mənim üçün çətin idi. Dördüncü və beşinci gün özümü yaxşı hiss etmirdim. Buna görə də çətinlik çəkdim. Dünən də halım pis idi.

Dünən gecəyə qədər burada qaldım və mühəndislərlə işlədim. Çox işlədilər və inkişaf edə biləcəyimiz sahələr tapdıq. Üüncü sessiyada bəzi dəyişikliklər etdik və işə yaradı. Sıralanma turunda bunları əks etdirməliydik.

Bizi doğru zamanda trasa buraxdılar və buna görə minnətdaram. Trafikdə qalmadıq. Daha sonra o gözəl dövrəni vurdum. Bu trasda sürmək həzz verdi. Döngələr çox sürətlidir və özümü yaxşı hiss elədim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*