L.Həmilton komandasına inanır

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, komandasına inanır.

F-1.az xatırladır ki, britaniyalı sürücü keçən il titulu son yarışda əldən vermişdi.

Lyuis Həmilton: “Hər il həyəcan vericidir, amma bu, tamamilə yeni mövsümdür. Bolidləri daha əvvəl görsəm də, trasda ilk dəfə Barselonada gördüm. Onları yaxından izləmək və nəyə görə fərqli konsept seçdiklərini anlamaq istəyirsiniz. Hələ harada olduğumuzu bilmirəm. Buna görə də həyəcan vericidir.

Bu reqlamentin məqsədi komandaları yaxınlaşdırmaqdır. Ümid edirəm ki, istədiyimiz effekti verəcək.

Mən komandama güvənirəm. Onlar səhv etməzlər. Düzdür, yeni reqlament risk deməkdir, amma problemləri həll etməyə çalışacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*