F-1.az xatırladır ki, Niko Rosberq 2016-cı ildə istefa verdikdən sonra almanlar Valtteri Bottası heyətlərinə qatmışdılar. Finlandiyalı sürücü mövsümün ilk hissəsində yaxşı çıxış etsə də, sonradan geriyə düşmüş və mövsümü 3-cü yerdə bitirmişdi.
Lyuis Həmilton: “Özümü komanda lideri kimi görmürəm. Uzun bir zəncirdə kiçik bir halqayam. Hamımız önəmli halqalarıq. Zəncir möhkəm olmalıdır. Mən də bunu etməyə çalışıram”.