L.Həmilton: “Komanda mənə qəsd etmir”

Lyuis Həmilton bildirib ki, Mercedes AMG komandasının onun yarışlarına qəsd etməsi ilə bağlı gəzən söz-söhbətlər doğru deyil...

F-1.az xatırladır ki, Niko Rosberq bu il heç bir yarışda problem yaşamayıb, amma Lyuis Həmilton həm Çində, həm də Rusiyada mühərrikdə problemlər yaşayıb və yarışa arxa cərgələrdən başlamalı olub.

Bu hadisələrdən sonra Həmiltonun fanları Mercedes komandasının britaniyalının yarışlarına qəsd etməsi ittihamını irəli sürüblər.

Amma Lyuis Həmilton belə düşünmür: “Mən komandadakı uşaqlarla və bütün gecə yeni detalların gəlməsinə kömək edən işçilərlə qürur duyuram. Mənim qarajım çətin günlər keçirir.

Qalib gəlməmək üçün heç bir səbəb yoxdur. Sadəcə bəzi səhvlərimiz oldu.

Bilmirəm, bu insan xətasıdır, ya mexaniki səhvdir. Ancaq düşünürəm ki, onlar bunu düzəltməyə çalışırlar.

Onu deyə bilərəm ki, insanlar mənimlə eyni hissləri keçirirlər.

Ancaq bunları deyə bilərəm. Bir yerdə qalib gəlib, bir yerdə uduzacayıq. Onlar mənim məyusluğumu hiss edirlər, çünki biz bir-birimizə bağlıyıq və bu çox gözəl haldır.

Belə hallarda neqativ hadisələri görmək təbii haldır və daha asandır.

Mən əvvəl də dedim, yenə də deyirəm. Komandam əla iş görür. Bu problemlər onların günahı deyil”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*