F-1.az xatırladır ki, Bəhreyn yarışında Bottasa komanda yoldaşı Həmiltonu irəli buraxması üçün əmr verilmişdi.
Lyuis Həmilton: “Bütün yarışlara eyni cür yanaşırıq. Qalib gəlmək istəyirik və bunun üçün nə lazımdırsa, etməliyik. Ümumilikdə, komanda əmrini düzgün saymıram, amma xüsusi vəziyyətlərdə – yarışı qazanmaq xüsusi vəziyyətdir – bu cür fədakarlıqlar etməliyik. Bu hal mənim də başıma gəlsəydi, eyni cür hərəkət edərdim. Buradakı əsas məqsəd komandanın yaxşı nəticə göstərməsidir. Buna görə də komanda üçün hər şeyi etməliyik. Onsuz da Bəhreyndə komandaya demişdim ki, Sebastyana yaxınlaşa bilməsəm, yerimi Valtteriyə qaytaracam. O arxa təkərləri işlətməkdə çətinlik çəkirdi və rəqabətədavamlı deyildi. Komanda olaraq hər şeyi qazanmaq istəyirik və buna görə də əlimizdən gələni edəcəyik. Valtteri son yarışda yetişkin kimi davrandı. Ona da təşəkkür edirəm”.