F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu yarışın startında Ferstappeni keçərək, liderliyə yüksəlib. Yarış ərzində isə rahatlıqla qazanacaq kimi təssürat oyandırırdı. Amma sona 5 dəfə qalmış Latifi qəza edib və təhlükəsizlik maşınının çıxmasına səbəb olub. Bundan istifadə edən Maks Ferstappen pitə gələrək, Soft təkərləri götürüb. Restartdan sonra isə Həmilton təzə təkərli rəqibinin hücumlarına tab gətirə bilməyərək, həm yarışda, həm də çempionatda ikinciliyə razı olub.
Lyuis Həmilton: “Birinci Maksı və komandasını təbrik edirəm. Məncə, bu il komandamla əla iş gördüm. Bazadakı və trasdakı işçilər əla işlədilər və çətin mövsüm keçirdik. Onlarla fəxr edirəm. Onlarla bu yola çıxdığım üçün minnətdaram. Mövsümün sonlarında əlimizdən gələni etdik. Heç vaxt təslim olmadıq. Ən vacibi də bu idi”.