F-1.az xatırladır ki, bayram rehiminin yasaqlanmasına baxmayaraq, Mercedes komandası yenə də sıralanma turunda ilk cərgəni tutub və ən yaxın rəqiblərinə 0.8 saniyə fərq atıb. Həmilton isə Montsada tras rekordunu qıraraq, növbəti poulunu əldə edib.
Lyuis Həmilton: “Komanda əla performans göstərdi. Bizi trasa çıxarmaq üçün əla pəncərə seçdilər. Sıralanma turu asan keçmədi. Bir-birimizə çox yaxın idik. Təmiz bir dövrə vurmalı idik.
Valtteri çox yaxın idu. Buna görə də atdığım dövrələrdən razıyam. Sıralanma turundan əvvəl maşında bəzi dəyişikliklər etdim. Əvvəlcə bir az gərgin idim, amma yaxşı işlədilər.
Burada həmişə asfaltayatma qüvvəsi və asfaltla ilişmə az olub. Lakin bu gün hava isti olduğu üçün ilişmə yaxşı idi. Lesmoları əla döndük. İlk döngələr isə çətindir. Balansı tapmaq çətin olur”.