“Lyuis Həmilton mənim Mustang-ımı almaq istəyirdi. Amma avtomobilin qiymətini eşidən kimi, ona olan marağını itirdi,” – deyə Ken Blok açıqlama verib.
Hazırda Həmilton McLaren P1 və Pagani Zonda kimi superkarların sahibidir. Ken Blok isə müasir idman avtomobillərini almağı planlaşdırmadığını bildirib. Kenin fikrincə onun ralli avtomobilindən yavaş olan digər avtomobilə yüz minlərlə dollar xərcləməyin mənası yoxdur.
Drift üçün nəzərdə tutulmuş Ford Mustang maşını ASD Motorsport & RTR şirkətinin xüsusi sifarişi əsasında hazırlanıb. İstehsalına iki il sərf olunan avtomobil üçün nadir asılqan və kuzov panelləri hazırlanıb.
F-1.az Autograph.az-a istinadən bildirir ki, tam dartma sistemi olan kupe, 845 at qüvvəsinə malik 6.7 litrlik yarış mühərriki, Sadev firmasının altıpilləli ötürmələr qutusu, hidravlik əl əyləci və pilotun tələb etdiyi tərkibdə hazırlanmış Pirelli şinləri ilə təchiz edilir. Bu avtomobil Blokun “cimxana”sının yeddinci hissəsində çəkilib…