F-1.az xatırladır ki, britaniyalı sürücü hazırda ən yaxın rəqibi Sebastyan Fetteli 28 xal qabaqlayaraq, turnir cədvəlinə inamla liderlik edir.
Lyuis Həmilton: “8 yaşımdan bəri yarışların içindəyəm və bundan həzz alıram. Bu işdən bezsəydim, çoxdan təqaüdə çıxardım. Son 5-6 ildə karyeramın ən yaxşı dövründəyəm və buna görə də çox işləyərək, bütün titulları qazanmaq istəyirəm. Əsas məqsədim budur.
Formula1-dən həzz almasam, pula görə bu işi görməyəcəm. Onda təqaüdə çıxacam və həzz alacağım başqa işləri görəcəm. Amma yaxın müddətdə bunun olacağını düşünmürəm. Məqsədim daha çox çempionluq qazanmaqdır”.