F-1.az xatırladır ki, italiyalı şirkət bu mövsüm daha yumşaq tərkiblərdən istifadə edərək yeyilmənin qarşısını almaq istəyib.
Lakin Həmilton təkərlərin daha sərt olduğunu, hətta iti Roskonun da bunu anladığını deyib: “Təkərlər bir az sərtdir. Təkərlərin necə olduğunu bilmək istəyirsiniz? Bu il onları işlətmək keçən ilə nisbətən daha çətindir. Bu il markalanma da fərqlidir – C5, C4, C3, C2 və C1. Məncə, əvvəlki rənglərə baxanda indiki sistem daha qarışıqdır. Buna öyrəşəcəyik.
Valtteri təkərlərdən razıdır və mən də necə işlədiklərini anladım. Dolu çənlə sürürdüm. Belə halda isə hansı il olursa-olsun özünüzü yaxşı hiss etmirsiniz. Lakin vəziyyət hamı üçün eynidir. Təkərləri anlamaq üçün əlimdən gələni edəcəm”.