L.Həmilton: “İsti hava Ferrari-yə xeyirdir”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Bəhreyndəki isti hava Ferrari-nin performansında əsas rol oynayacaq.

F-1.az xatırladır ki, həftəsonu Saxirdə 38 dərəcə temperatur gözlənilir. Ferrari komandası isə isti havalarda daha yaxşı performans göstərir.

Lyuis Həmilton: “Bəhreyn yarışı isti hava şəraitində olur və Ferrari bu şəraitdə çox güclüdür. Çindəki şərait bizə görə yaxşı idi. Amma yüksək temperaturlar Avstraliyada da gördüyünüz kimi bizim üçün yaxşı olmur. Təkərlərin performansı üzərində hələ də işləyirik. Ümid edirəm ki, vəziyyət yaxşılaşar. Amma qətiliklə deyə bilərəm ki, Melburndan daha yaxşı olacaq. Ferrari-nin çox sürətli olacağını düşünürəm, amma Bəhreyndə düzlüklər çoxdur və güc qurğumuzun hazırda ən güclü olduğunu düşünürəm. Bu faktor yarışda vacib rol oynayacaq”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*