F-1.az xatırladır ki, britanıyalı sürücü 1:30.029 zaman nəticəsi ilə karyerasının 75-ci poulunu qazanıb.
Lyuis Həmilton: “Pis gün deyildi. Hava bir az dəyişkən idi. Amma sıralanma turunda problemimiz olmadı. Həftənin başlanğıcında bir az yaxşı idi, amma çətinliklərə baxmayaraq, istədiyimiz nəticəni qazandıq. İndi isə işin çətin tərəfi başlayır. Birinci və ikinci sessiyada atdığım dövrələrdən razı idim. Amma son sessiyada istədiyimi edə bilmədim. Yenə də birinci olduğum üçün xoşbəxtəm. Yenidən Fransaya qayıtmaq əla oldu. Fanatlar göstərdikləri dəstək ilə darıxdıqlarını hiss etdirdilər. Onların hesabına özümüzü trasda yaxşı hiss etdik. Görək nə olur. Yarışda Ferrari və Red Bull-un güclü olmasını gözləyirəm. Çətin yarış olacaq”.