F-1.az xatırladır ki, britaniyalı sürücü Fransa yaışından əvvəl komanda yoldaşı Bottasla şassilərini dəyişmişdi. Finlandiyalı sürücü bu dəyişiklikdən sonra cümə sərbəst yürüşlərindən sonra komanda yoldaşını qabaqlamışdı. Lakin bugünkü sıralanma turunda Həmilton mükəmməl dövrə ilə ikinci ola bilib və Bottası növbəti dəfə qabaqlayıb.
Lyuis Həmilton: “Şayiələr var idi ki, iki maşın da eyni deyil. Bunların səhv olduğunu isbatladım və sevincliyəm. Mühəndislərimizin gözəl işləri hesabına bütün maşınlarımız eyni gücdədir.
Zehni cəhətdən çətin həftəsonu idi. Birinci sərbəst yürüşlərdən sonra çoxlu dəyişiklik etdik. Boliddə özümü yaxşı hiss eləmədim.
Maksı təbrik edirəm. Bu gün yaxşı işlədi və çox sürətli idi. Bu həftə də yeni motora keçmədilər, amma yenə də sürətli idilər. Onlarla çətin mübarizə olacaq”.